12:38 - 5.11.2018
5 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 5 noyabr tarixində keçirilən hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 1 291,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76 % təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.