Ermənistan və Almaniya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar

12:37 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında Bəyannamə imzalayıblar. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkələr münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə keçiriblər.

ABC.AZ xəbər verir ki, o, Almaniya kansleri Fridrix Merts ilə görüşdə son illərdə ticarət, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və ekologiya da daxil olmaqla bütün sahələrdə ikitərəfli münasibətlərin ardıcıl möhkəmlənməsi və dərinləşməsi qeyd edib. Sənəd əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edir.

Ermənistan hökumətinin başçısı Almaniya ilə münasibətlərin qarşılıqlı hörmətə, etimada, birgə dəyərlərə, insan hüquqları, demokratiya, qanunun aliliyi ilə bağlı ümumi öhdəliklərə əsaslandığını vurğulayıb.