12:04 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Gürcüstanın Azərbaycandan idxal etdiyi dizel yaxın zamanda Rusiyadan gətirilən həcmi tam şəkildə əvəz edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Neft İdxalçılar Birliyinin rəhbəri Vaxtanq İobaşvili "BusinessPress"ə açıqlamasında bildirib.
V. İobaşvilinin sözlərinə görə, Azərbaycan dizeli yüksək keyfiyyətli "Avro-5" standartına uyğundur və hazırda həm Avropaya ixrac edilir, həm də Gürcüstan bazarında tələb sürətlə artır.
"Geostat"ın məlumatına əsasən, 2025-ci ilin oktyabr ayında Gürcüstan Azərbaycandan 20,035 milyon ABŞ dolları dəyərində 29 min 734 ton dizel və digər yanacaq məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 352,3 dəfə artım deməkdir. Ötən ilin oktyabrında cəmi 84,4 ton idxal olunub. Belə artımın səbəbi əsasən dizel yanacağı ilə bağlı ehtimal edilir.
V.İobaşvili hesab edir ki, hazırda Azərbaycandan dizelə olan tələbat 40 % artıb və perspektivdə daha da yüksələcək.
Neft İdxalçılar Birliyinin rəhbəri qeyd edir ki, Azərbaycandan dizel idxalının əsas üstünlüyü həm məhsulun keyfiyyəti, həm də logistik məsafənin yaxınlığıdır. Belə ki, Bakı–Tbilisi marşrutu Rusiya ilə müqayisədə daha qısadır. Bu isə nəticədə nəqliyyat xərclərində əksini tapır. Digər tərəfdən yanacağın keyfiyyəti Gürcüstan laboratoriyalarında "Avro-5" yüksək standarta uyğun olması test əsasında təsdiq edilib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026