Vahid açıq bankçılıq standartlarının tətbiqi üçün addımlar atılacaq - AMB rəmisi

14:56 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə vahid açıq bankçılıq standartlarının tətbiqinə ilkin addım atmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə bu gün AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov IX Beynəlxalq Bank Forumunda məlumat verib.

Onun sözlərinə görə, vahid standartların tətbiqi şəffaflığın artırılmasına və maliyyə sektorunda rəqabətin güclənməsinə imkan verəcək.

“Vahid standartlardan əlavə, vahid infrastruktur da yaradılıb ki, bütün təşkilatlar bu infrastruktur üzərindən açıq bankçılıq xidmətlərindən istifadə edə bilsinlər”, – deyə o bildirib.