Dövlət Vergi Xidməti Britaniya şirkəti ilə 842 manat dəyərində müqavilə imzalayıb      

11:33 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti MODYS Analitics UK Limited şirkəti ilə 842 min manat məbləğində satınalma müqaviləsi bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilə “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi” məqsədilə imzalanıb. Müqavilənin ümumi məbləği isə 841.470 AZN-dir.

Qeyd edək ki, “MODYS Analitics UK Limited” Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir və analitik məlumat sistemləri, biznes təhlili və informasiya texnologiyaları üzrə ixtisaslaşıb.