14:17 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) virtual aktivlərlə bağlı xeyli planları var.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda bildirib.
Onun sözlərinə görə, virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır.
"Bu, AMB-nin prioritetlərindən biridir. Ümumiyyətlə bazarla daha sıx çalışmağı planlaşdırırıq. Növbəti il yeni strateji dövrə hazırlıq başlayacaq. Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxlu planlarımız var", - deyə F.Tofidi qeyd edib.
Müəllif: Elmir Murad