14:02 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Bakıda keçirilən Fintex Forumda Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova ölkəsində tətbiq olunan sandbox təcrübələrini bölüşüb.
ABC.AZ-ın məlumatına görə, Y.Salehova onlarln özünəməxsus sandbox sistemlərinin olduğunu deyib: "Bu sistem bizə müxtəlif həlləri test etməyə imkan verməli idi.
Hazırda həm açıq bankçılıq ("open banking"), həm də sandbox sistemi tam gücü ilə işləmirlər. Bunun obyektiv səbəbləri var. Əsas məsələ isə odur ki, bizim tənzimləyicimiz, xüsusilə Milli Bank inkişaf və təkmilləşdirməyə ciddi şəkildə sadiqlik göstərir.
Amma hər bir transformasiya zaman tələb edir və bunu etmək çox çətindir, xüsusilə bazar tam hazır olmadıqda".
Y. Salehova vurğulayıb ki, sandbox onlara texnoloji həlləri test etməyə imkan verib:
"Amma daha önəmli olan biznes modellərini sınamaq imkanı oldu, çünki bu heç vaxt yalnız texnikadan ibarət olmayıb. Sandbox bir növ tənzimlənmiş və nəzarət edilən təcrübə idi.Yaxşı tərəfi odur ki, bütün testlər ciddi nəzarət altında, məhdud miqdarda əməliyyat və müştəri sayı ilə həyata keçirildi. Pis tərəfi isə odur ki, bu məhdudiyyətlər səbəbindən qlobal bazara təsiri qiymətləndirmək mümkün olmadı. Amma ən önəmli məqam budur ki, bazar iştirakçıları öz fikirlərini çatdırmaq imkanı qazandılar. Tənzimləyicilər bazarın tələblərini, müştəri reaksiyalarını və qaydaların necə inkişaf etməli olduğunu görə bildilər. Hansı boşluqların olduğunu, hansılarının isə aradan qaldırılmalı olduğunu göstərmək imkanı yarandı, çünki həddindən artıq tənzimləmə inkişafı məhdudlaşdırır".
Müəllif: Elmir Murad
14 Avqust 2026