"AzFina" "Türkiyə Fintex Assosiasiyası" ilə Memorandum imzalayıb

12:15 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") və "Türkiyə Fintex Assosiasiyası" arasında Anlaşma Memorandumu imzalanıbBakıda keçirilən fintex forumu  çərçivəsində "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") və "Türkiyə Fintex Assosiasiyası" arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, "AzFina" həmçinin Beynəlxalq Konsaltinq Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsini, innovativ həllərin təşviqini və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur, həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.

Müəllif: Elmir Murad