10:11 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Baku Fintech Forum 2025-də bildirib.
O bunun böyük rəqəm adlandıraraq artım gözlədiklərini deyib.
Mərkəzi Bank rəsmisi əlavə edib ki, indiyə qədər 8 ödəniş təşkilatına lisenziya verilib.
Müəllif: Elmir Murad