Ödəniş bazarı iştirakçıları ilin əvvəlindən 38,8 milyard manatlıq əməliyyat aparıb

10:11 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Baku Fintech Forum 2025-də bildirib.

O bunun böyük rəqəm adlandıraraq artım gözlədiklərini deyib.

Mərkəzi Bank rəsmisi əlavə edib ki, indiyə qədər 8 ödəniş təşkilatına lisenziya verilib.

Müəllif: Elmir Murad