17:02 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Türkiyə Rusiya ilə, xüsusilə nüvə enerjisi və qaz ticarəti sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə ölkə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.
O, Şanxay əməkdaşlıq Təşkilatının Sammitində Rusiya prezidenti Vladimir Putinlə Çindəki görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət etdiyini bildirib.
"Xüsusilə təbii qaz ticarəti və nüvə enerjisi sahəsində strateji əməkdaşlığımızı qarşılıqlı fayda əsasında inkişaf etdirərək Türkiyə-Rusiya münasibətlərini daha da möhkəmləndirməyə qərarlıyıq", — deyə o bildirib.
8 Avqust 2026
8 Avqust 2026