Mərkəzi Bank onların lisenziyasını ləğv etdi

16:11 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank 1 hüquqi şəxsə və 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar avqustun 29-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.