15:25 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. “K Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitali 19 299 999,99 manat məbləğindən 12 525 009,84 manat məbləğinədək azaldılır.
ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 6 774 990.15 manat azaldılıb.
Xatırladaq ki, Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Məmməd Allahverdiyevdir.