12:22 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 0,2 min ədəd, əməliyyatların həcmi isə 0,03 milyon manat olub.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, bir ay əvvəlki göstərici ilə müqayisədə “UnionPay” kartları ilə əməliyyatların sayı eyni səviyyədə qalıb, əməliyyatların həcmi isə 0,01 milyon manat, yaxud da 25% azalıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 2,4 min ədəd, əməliyyatların həcmi isə 0,4 milyon manat olub.
Bir ay əvvəlki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 0,2 min ədəd və ya 9,1% artıb, əməliyyatların həcmi isə 0,6 milyon manat, yaxud da 60% azalıb.
Müəllif: Elmir Murad