14:41 - 26.08.2025
26 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 78,9 milyon ton-km olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ton-km və ya 24,8% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 6 ayında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 63,2 milyon ton-km olmuşdu.
Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 73,7 milyon ton-km hissəsi tranzit yüklər olub ki, bu da illik müqayisədə 10,5 milyon ton-km və ya 16,6% çoxdur. (C) Trend.az
8 Avqust 2026
8 Avqust 2026