10:58 - 20.08.2025
20 avqust, Fineko/abc.az. Cari ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1,556 milyard manat azaldılaraq 1,495 milyard manat məbləğinə çatdırılıb. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək.
Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 faiz həcmində olacaq.
“Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 faiz səviyyəsində olacağı gözlənilir”, - deyə məlumatda qeyd edilib.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026