AMB sədri özünə müşavir təyin edib

11:37 - 8.08.2025


8 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bəhruz Balayevi özünə müşavir təyin edib. Bununla da  AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Bu barədə ABC.AZ AMB-yə istinadla xəbər verir.

Bəhruz Balayev əmək fəaliyyətinə 2002-ci ildə Bakıda “Hyatt Hotels”də başlayıb, 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb, 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik etmişdir.
Mərkəzi Bankda fəaliyyətə ötən il iyulun 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb.