16:50 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Bu ilin II rübündən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Fonddan bildirilib.
"ARDNF-in investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı ümumi investisiya portfelinin 25 %-i qədər müəyyən edilib, bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % təsbit olunub. 2025-ci ilin II rübündə Fondun qızıl altportfeli ilkin planlamaya əsasən nəzərdə tutulmuş həddə çatdırılaraq ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən qeyd olunan dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının həyata keçirilməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, bazar şərtləri və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür", - deyə məlumatda qeyd olunub. (Report)
12 Avqust 2026