12:56 - 25.09.2018
25 sentyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni vitse-prezidenti təyin olunub.
ABA-dan verilən məlumata əsasən, Rəyasət Heyətinin iclası gedişatında, yeni vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov seçilib.
O, bu vəzifədə ABA-nın keçmiş İdarə Heyəti sədri Xalid Əhədovu əvəz edəcək.
Həmçinin iclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilmişdir. Ekspert Qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilmişdir.
“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun yaradılması və qrup sədri VTB Bankın korporativ biznes inkişaf departamentinin direktoru Yasin Cəlilov təyin olundu.