17:01 - 16.07.2025
16 iyul, Fineko/abc.az. "İcraçı Kredit Agentliyi" BOKT bazarı tərk edir.
ABC.AZ xəbər verir ki, BOKT-un bazardan getməsinin səbəbi Azərbaycan Mərkəzi Bankının ötən ilin noyabr ayında müəyyən etdiyi kapital tələbini yerinə yetirə bilməməsidir.
Bunu "Report"a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Samir Cəlilov bildirib.
"Kredit təşkilatının kapitalını kənar investor cəlb etməklə artırmaq da mümkün olmadı. Odur ki, ləğvetmə barədə qərar qəbul etdik", - deyə o qeyd edib.