10:48 - 16.07.2025
15 iyul, Fineko/abc.az. Hökumət ÇXR-in dövlət aktivlərinin idarə edilməsi Komissiyasına (SASAC) layihəyə rəhbərlik etməyi tapşırıb və Guotai Haitong Securities və Shanghai Data Group dövlət şirkətlərini steyblkoinlərin sınaq versiyasının hazırlanması və işə salınmasından məsul təyin edib.
ABC.AZ xəbər verir ki, məmurlar xarici ticarət əməliyyatlarının hazırda dünya bazarında üstünlük təşkil edən USDT kimi dollar steyblkoinlərindən asılılığını azaltmaq istəyirlər.
Bundan qabaq Çin e-ticarətinin liderlərindən biri olan JD.com (NASDAQ:JD) servisi, SWIFT sistemindən imtina etməyə imkan verəcək öz steyblkoinini işə salmağı planlaşdırdığını bildirmişdi.
12 Avqust 2026