Avropa Parlamenti Bolqarıstanın 1 yanvar 2026-cı ildən avrozonaya qoşulmasını təsdiqləyib

16:43 - 8.07.2025


8 iyul, Fineko/abc.az. Avropa Parlamentinin (AP) deputatları 1 yanvar 2026-cı ildən Bolqarıstanın avrozonaya qoşulmasını dəstəkləyiblər.

ABC.AZ xəbər verir ki, səsvermə AP-nin Strasburqdakı plenar sessiyasında keçirilib.

Avropa Xalq Partiyasının (AXP) bolqarıstanlı deputatı, AP-nin Bolqarıstanın avrozonaya qoşulması ilə bağlı məruzəçisi Eva Maydelin qeyd etdiyi kimi, "Bolqarıstan valyuta İttifaqına qoşulmağa hazırdır".

Eyni zamanda, bir sıra millət vəkilləri səsvermənin təxirə salınmasını tələb edərək bunu Maydelin Bolqarıstan Hökuməti ilə eyni siyasi düşərgəyə aid olması ilə əlaqələndirdilər. Bu, parlamentarilərin fikrincə, onun hesabatının qərəzsizliyini şübhə altına alır.