Altı ayda ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 21,4 % az icra edilib

12:07 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.

Ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 21,4 % az icra edilib.

Bundan başqa, 6 ay ərzində büdcəyə sair daxilolmalar 434,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4 %, proqnozdan isə 3,6 dəfə çoxdur.