Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,5 faiz artıb 

11:45 - 10.06.2025


10  iyun, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında 1 iyun 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 21.083 olub. 

Bu barədə ABC.AZ  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,6 faiz artıb və 575 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,1 faiz artaraq 6.060 olub.