Gümüşün qiyməti 37 dolları keçdi

11:03 - 10.06.2025


10 iyun Fineko/abc.az.  Nyu-Yorkun “Comex” birjasında iyul ayı gümüş fyuçerslərinin qiyməti troy unsiyası üçün 37 dolları ötüb.

ABC.AZ xəbər verir ki, qiymətli metal 2012-ci il fevralın 29-dan bəri ilk dəfə həddi aşıb.

İyunun 9-da Bakı vaxtı ilə saat 22:36-da gümüşün qiyməti 1 troy unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib. İyunun 10-da Bakı vaxtı ilə saat 05:01-də qiymətli metalın qiyməti artımını ləngitərək 36,84 dollara (+1,91%) düşüb.

İlin əvvəlindən gümüş 22%-dən çox bahalaşıb.