Ukraynaya Polşa üzərindən qaz tədarükü artacaq

17:04 - 2.06.2025


2 iyun, Fineko/abc.az. Polşa Ukraynaya qaz tədarükündə kömək edəcək, həcmi artıracaq. Polşanın Orlen və Naftoqaz şirkəti karbohidrogenlərin kəşfiyyatı və hasilatı, yataqların işlənməsi, transsərhəd münasibətlərin və kommersiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində Anlaşma Memorandumu imzalayıblar.

ABC.AZ xəbər verir ki, göstərilən hədəflər arasında neft və qaz sənayesində ortaq layihələr var. Orlen Ukraynaya Kremençuq neft emalı zavodunun modernləşdirilməsində və qaz infrastrukturunun bərpasında kömək edə bilər.

Şirkətlər bioyanacaq seqmentinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsini də planlaşdırırlar.

Daha əvvəl Orlen və Naftoqaz Ukraynaya 300 milyon kubmetr Amerikadan LNG tədarükü haqqında üç müqavilə bağlamışdırlar.