12:17 - 2.06.2025
2 iyun, Fineko/abc.az. 2025-ci ilin yanvar-may ayları arasında Rusiya "Türk axını" boru kəməri ilə Avropaya təbii qaz ixracını artırıb.
ABC.AZ xəbər verir ki, təchizat 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 9,5% artaraq 7,2 milyard kubmetrə çatıb.
Yanvar-may aylarında "Türk Axını" vasitəsilə Avropaya qaz ixracı 9,4% artıb. Bu müddət ərzində 7,19 milyard kubmetr tədarük edilib. May ayında tədarük aprel ayı ilə müqayisədə 14% artıb, lakin ötən ilin may ayı ilə müqayisədə 2% azalıb. Həmin vaxtda ixracın ümumi həcmi 1,42 milyard kubmetr olub.
May ayında Avropaya "Türk Axını" nın orta gündəlik yüklənməsi 45,9 milyon kubmetr təşkil edib ki, bu da 2024-cü ilin may ayına nisbətən 2% azdır, lakin aprel ayına nisbətən 10% yüksəkdir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026