ABŞ-da neft ehtiyatları gözlənilmədən 2,8 milyon barel azalıb

11:12 - 30.05.2025


30 may, Fineko/abc.az. ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 2,795 milyon barel azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin həftəlik hesabatında bildirilir.

Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla ehtiyatların 600 min barel artacağını proqnozlaşdırırdılar.

23 mayda başa çatan həftədə benzin ehtiyatları 2,441 milyon barel, dizel yanacağı (distillatlar) ehtiyatları isə 724 min barel azalıb.

Ekspertlər benzin ehtiyatlarının 500 min barel azalacağını, distillat ehtiyatlarının isə 700 min barel artacağını gözləyirdilər.

Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) alınıb-satılan neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar 75 min barel artıb. Biz həftə əvvəl bu göstərici 457 min barel azalmışdı.