15:05 - 29.05.2025
29 may, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi enerji resurslarının ixracı üzrə potensial mərkəzə çevrilir.
ABC.AZ xəbər verir ki, Türkiyə lideri Qara dənizdə 75 milyard kubmetr təbii qaz ehtiyatının aşkarlanmasının planlı və ardıcıl işin nəticəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə artıq yalnız enerji idxalçısı deyil, həm də enerji hasil edən ölkəyə çevrilib və xarici asılılığı azaltmaqla yanaşı, bölgənin enerji sahəsində – o cümlədən qiymətlərin formalaşdırılması və ticarət sahəsində – əsas oyunçularından birinə çevrilməyə çalışır.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026