14:26 - 21.05.2025
21 may, Fineko/abc.az. Azərbaycandan xarici bazarlara tərəvəz ixracında artım dinamikası davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a bildirilib ki, bu ilin ilk dörd ayı ərzində tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım qeydə alınıb.
Yanvar-aprel aylarında xarici bazarlara 80,416,5 min ABŞ dolları dəyərində 71,466.1 ton tərəvəz məhsulları ixrac olunub.
İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edir.
8 Avqust 2026
8 Avqust 2026