15:19 - 5.05.2025
5 may, Fineko/abc.az. Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas ötən il dekabrın 1-də vəzifəyə təyin olunduqdan sonra ilk dəfə İranın xarici işlər naziri Abbas Araqçı ilə Tehranın nüvə proqramı barədə danışıb. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
“İranın xarici işlər naziri Abbas Araqçı ilə nüvə məsələlərində diplomatiyanın və regionda gərginliyin azaldılmasının vacibliyini vurğulamaq məqsədi ilə danışdım”, – deyə Kallas qeyd edib, ABC.AZ xəbər verir.
O, İrana Rusiyaya göstərilən ehtimal olunan hərbi dəstəyi dayandırmaq çağırışı edib, həmçinin İranda casusluq ittihamı ilə Aİ vətəndaşlarının saxlanmasından narahatlığını bildirib. Kallas vurğulayıb ki, Brüssel və Tehran arasındakı münasibətlər bu məsələlərin həllindən asılı olacaq.
8 Avqust 2026
8 Avqust 2026