16:47 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı apreldə “Sevinc” Kredit İttifaqı MMC-yə icrası məcburi göstərişin verib.
ABC.AZ xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Belə ki, “Sevinc” Kredit ittifaqı MMC tərəfindən 2025-ci ilin I rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Sevinc” Kredit ittifaqı MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
21 Avqust 2026
21 Avqust 2026