Braziliya innovasiyalar vasitəsilə sorqo ixrac potensialını artırır

12:01 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Braziliyanın Embrapa və Latina Seeds şirkətləri yeni bir taxıl sorqo hibridi – LAS3004G-ni bazara təqdim ediblər. 

ABC.AZ xəbər verir ki, bu sort erkən yetişmə, quraqlığa və xəstəliklərə davamlılığı ilə fərqlənir. Hektardan 6 ton məhsuldarlıq verir. Yeni sort ikinci məhsul dövrü üçün hazırlanıb və həm heyvan yemi, həm də bioetanol istehsalı üçün uyğundur. 5 mayda Sete-Lagoas şəhərində təqdim olunacaq. Braziliyada sorqo əkini sahələrinin artımı bioyanacağa tələbat və bu bitkinin davamlılığı ilə izah olunur.