10:36 - 24.04.2025
24 aprel, Fineko/abc.az 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xaricdən idxal etdiyi kərə yağı miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 3 727 tona çatıb. Kərə yağının öncəki illə müqayisədə cari ildə orta idxal qiymət 32 faiz baha olarkən ölkə daxilində istehsal da düşüb.
ABC.AZ xəbər verir ki, bu isə 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 780 tona yaxın artım deməkdir.
Dəyər baxımından isə idxal 15.42 mln dollardan 25.74 mln dollara yüksəlib ki, bu da təxminən 67% artımı göstərir.
2024-cü ilin yanvar-fevralında kərə yağının hər tonu orta hesabla təxminən 5 234 dollar təşkil edirdisə, 2025-ci ildə bu göstərici 6 906 dollara yüksəlib. Bu isə 1 ton kərə yağının orta idxal qiymətində 32% artım deməkdir.
Xaricdə kərə yağının qiymətinə bir sıra məsələlər təsir edir. Bunlardan əsasən süd istehsalındakı kiçilməsi ilə istehsaldakı azalma və tələbin ilbəil qalxmasıdır.
Kərə yağı idxalında ən böyük payı ötən illərdə olduğu kimi İran İslam Respublikası və Yeni Zelandiya təşkil edir. İranın payı 2024-cü ildə 1 356 ton olduğu halda, bu il 1 620 tona qalxıb. Dəyər baxımından da artım müşahidə olunub – 9.98 min dollar.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026