Azərbaycanda bank sektorunun maliyyə dayanıqlığı güclü olaraq qalır - BVF

17:14 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Azərbaycanda bank sektorunun maliyyə dayanıqlığı göstəriciləri güclü olaraq qalır, lakin bəzi zəifliklər də mövcuddur.

ABC.AZ xəbər verir ki, bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, bank sektoru ümumilikdə dayanıqlı və yetərincə kapitallaşdırılmış vəziyyətdədir: “Xüsusilə, IMF tərəfindən aparılan stress-testlərin nəticələrinə əsasən, banklar həm əsas (adi), həm də mənfi (böhran) ssenarilərində öz maliyyə mövqelərini qorumağı bacarır. Lakin bəzi banklar zəif kapital ehtiyatlarına malik olduqları üçün mənfi ssenaridə tənzimləyici minimum tələbləri poza bilərlər”. (APA)