11:34 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Estoniya 2026-cı ildən etibarən xarici dildə, xüsusən də rus dilində pulsuz peşə təhsili proqramlarına dəstəyini dayandıracaq.
ABC.AZ xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Estoniyanın Təhsil və elm naziri Kristina Kallasın sözlərinə görə, təhsil, on ildən az məzun olmuş böyüklər və beş ildən az əvvəl peşə təhsili alanlar üçün ödənişli olacaq. O qeyd edib ki, yalnız bir proqram çərçivəsində pulsuz təhsil almaq mümkün olacaq.
Ötən il sentyabrın ortalarında BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Rusiya Federasiyası diplomatik missiyasının Cenevrədəki nümayəndəsi Quzal Husanova bildirib ki, bir çox Qərb ölkələrində insan hüquqları sahəsində vəziyyət pisləşir, ayrı-seçkilik artır. O əlavə edib ki, Qərbdə islamofobiya, antisemitizm, nasizm, rusofobiya güclənir, rusdilli sakinlərin Latviya, Litva və Estoniyadan zorla çıxarılması prosesi davam edir.