12:01 - 5.08.2026
5 avqust, Fineko/abc.az. ABŞ-nin istehlak malları nəhəngi "Procter & Gamble" (P&G) sağlamlıq və wellness bazarındakı mövqeyini möhkəmləndirmək strategiyası çərçivəsində qida əlavələri istehsalçısı "Thorne" şirkətini 3,8 milyard dollara satın almaq üçün razılığa gəlib.
P&G-nin icraçı direktoru (CEO) Şaileş Cejurikar bildirib ki, bu addım şəxsi qulluq və profilaktik sağlamlıq məhsullarına artan tələbatı qarşılamaq məqsədi daşıyır.
Qeyd edək ki, P&G-nin portfelində artıq "New Chapter", "Metamucil" və "Align Probiotic" kimi tanınmış brendlər yer alır.
1984-cü ildə təsis edilən "Thorne" 2023-cü ildə "L Catterton" investisiya fondu tərəfindən 680 milyon dollara özəlləşdirilmişdi. Bu sövdələşmə "L Catterton"a 3 milyard dollardan çox mənfəət qazandıracaq. Əqd haqqında xəbərlərdən sonra P&G səhmləri 1% dəyər qazanıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026