Qətər: "Məqsədimiz Hörmüz boğazında normal gediş-gəlişi bərpa etməkdir"

16:23 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid əl-Ənsari keçirdiyi mətbuat konfransında ABŞ, İran və Oman arasında danışıqlar üzrə layihələrin qarşılıqlı olaraq mübadilə edildiyini bəyan edib.

O, əsas prioritetin gərginliyi azaltmaq və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək olduğunu bildirib.

Qətərli diplomat Tehran və Maskat arasında da boğazın statusu ilə bağlı paralel danışıqların aparıldığını qeyd edib. Hələlik yekun razılaşmanın əldə olunmadığını vurğulayan Məcid əl-Ənsari, tərəflərin mümkün qədər tez bir zamanda razılığa gələcəyinə ümid etdiklərini bildirib.

O, həmçinin vasitəçilik səylərinə görə Pakistan və Omanın rolu yüksək qiymətləndirib, xüsusən Omanın son həftələrdə bu prosesdə həlledici rol oynadığını diqqətə çatdırıb.