11:18 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Qətərin vasitəçiliyi ilə Hörmüz boğazında gəmiçiliyin bərpasına dair müqavilə layihəsinin hazırlanması və ABŞ Prezidenti Donald Trampın İranla danışıqların müsbət getdiyini bildirməsi qlobal maliyyə bazarlarında kəskin yüksəlişə səbəb olub. Geopolitik gərginliyin səngiməsi fond indekslərini rekord həddə çatdırıb, neft qiymətlərini isə aşağı salıb.
Nyu-York birjasında S&P 500 və Dow Jones indeksləri tarixi zirvəni yeniləyib, Nasdaq 100 indeksi isə 3,3% sıçrayış edib. Texnologiya nəhənglərindən Nvidia ticarət sessiyasından sonra 2%-dən çox bahalaşıb, əksinə, AMD zəif satış proqnozuna görə 9%, SpaceX isə yüksək AI xərcləri səbəbindən 7,5% dəyər itirib.
Qlobal miqyasda MSCI All Country World indeksi 0,4% artaraq yeni rekorda imza atıb, Asiya-Sakit okean indeksi isə 2,2% yüksəlib.
Analitiklər bildirirlər ki, neftin ucuzlaşması inflyasiya təzyiqini azaldır və şirkətlərin süni intellektə artan sərmayələri investorların bazara inamını bərpa edir.