Yanvar-fevral aylarında istehlakçılar 5066,9 milyon manatlıq ərzaq məhsulları alıb

15:34 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-fevral aylarında əhalinin maaşının 50 faizi ərzaqa xərclədiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bundan əlavə xərclərin 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2025-ci ilin iki ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.