Pezeşkian və Mirziyoyev irəlidəki əməkdaşlığı müzakirə etdilər

15:27 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Özbəkistan və İran prezidentləri Şavkat Mirziyoyev və Məsud Pezeşkian daha öncə əldə edilmiş razılaşmalara əsasən gələcək əməkdaşlığı telefonla müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə aprelin 1-də Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

"Tehran şəhərində planlaşdırılan hökumətlərarası komissiyanın iclasının, biznes forumunun və sənaye sərgisinin məhsuldar keçirilməsinin vacibliyi vurğulanıb", - deyə mətbuat xidməti bildirib.

Prezidentlər müxtəlif sahələrdə, məsələn, kimya və neft-kimya sahələrində əməkdaşlığın sürətləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin tekstil və qida sənayesi, kənd təsərrüfatı və s. sahələrdə daha sıx əməkdaşlığı müzakirə ediblər. Bundan əlavə, prezidentlər beynəlxalq və regional məsələləri müzakirə ediblər.