11:22 - 12.03.2025
12 mart, Fineko/abc.az. Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Bildirilib ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib.
Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub.
Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.
Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur.
Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.
18 Avqust 2026