Qrossi: Qərbin İrana qarşı sanksiyaları təsirsizdir

14:05 - 7.03.2025


7 mart, Fineko/abc.az. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi etiraf edib ki, Qərbin tətbiq etdiyi anti İran sanksiyaları faydasızdır və İranın nüvə proqramına heç bir təsir göstərmir.

"Sanksiyalar işləmir. Aydındır ki, ölkə onlardan qaçınma yollarını öyrənib", - Qrossi Bloomberg agentliyinə müsahibəsində bildirib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Tehran "xüsusilə 2018-ci ildən etibarən" nüvə proqramının inkişafında xeyli irəliləyiş əldə edə bilib. Həmin il ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdı.

Fevralın 20-də MAQATE rəhbəri İranla nüvə proqramı üzrə saziş bağlamaq üçün yeni bir müqavilə formatı hazırlamağa çağırdı, çünki Birgə Hərtərəfli Fəaliyyət Planı çox köhnəlmişdir.