12:31 - 6.03.2025
6 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları 3,5 mlrd. ABŞ dollarına, portfeldə payı isə 5,9%-ə çatıb.
ABC.AZ xəbəe verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O bildirib ki, Fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 mlrd. dollar gəlir əldə edib. Daşınmaz əmlakın gəlirliliyi 2,9% təşkil edib.
Zeynalov əlavə edib ki, 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaları davam etdirməyi planlaşdırır. (APA)
18 Avqust 2026