Avropa Bankının Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib

15:50 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə EBRD-nin məlumatında qeyd edilib. Bildirilib ki, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 30 milyon avro və yaxud 2,85% çoxdur.

Yanvarda EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 33-dən 34-də çatıb.

Portfelin 92%-i və yaxud 995 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 5%-i və yaxud 54 milyon avrosu korporativ sektora, 3%-i və yaxud 33 milyon avrosu isə maliyyə institutlarına yönəldilib.