“Baku Hospitality Group” MMC nisamnamə kapitalını azaldır

16:49 - 26.02.2025


26 fevral, Fineko/abc.az. “Baku Hospitality Group” MMC nizamnamə kapitalının azaldığını elan edir.

ABC.AZ xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmayıb.

Paytaxtın iki mehmanxanası və beş restoranı Baku Hospitality Group-un himayəsindədir. Baku Hospitality Group 2017-ci ildə otelçilər tərəfindən yaradılıb.