Bu bankir “Volkswagen”in törəmə şirkətini aldı

16:03 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Almaniyanın Volkswagen avtokonserninə məxsus "Фольксваген Банк РУС" şirkətini bankir İqor Kim alıb.

ABC.AZ xəbər verir ki, Kim "Фольксваген Банк РУС"un 45% payının sahibidir. Qalan hissəsi “Экспомобилити” MMC-yə məxsusdur.

Qeyd olunur ki, “Экспомобилити” Novosibirskdə qeydiyyata alınan və Kimin nəzarəti altında olan "ЦК" səhmdar cəmiyyətinə məxsusdur. Şirkət minik avtomobillərinin icarəsi və lizinqi ilə məşğuldur.

Məlumata görə, yanvarın sonunda "ЦК" ASC Volkswagen-ə məxsus "Фольксваген Финансовые Услуги Рус" (faktorinq) və "Фольксваген Груп Финанц" (lizinq) şirkətlərinin 100% payının sahibi oldu.