Pekində yeni CR450 super sürətli qatarın prototipi sınaqdan keçirilir

13:59 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Pekində sürəti saatda 450 km-ə çatan yeni CR450 sürətli qatarının prototipi sınaqdan keçirilir.

ABC.AZ xəbər verir ki, qatarın tezliklə istismara verilməsi üçün texniki göstəriciləri optimallaşdırmaq üçün sınaqlar aparılır. Saatda 450 km sürət test sürətidir, sərnişinlər saatda 400 km sürətlə daşınacaqlar.
CR450 seriyası, hazırda işləyən və saatda 350 km sürətə çatan CR400 "Fuxing" qatarlarından xeyli sürətlidir.