10:26 - 25.02.2025
25 fevral, Fineko/abc.az. Rusiya ABŞ-a nadir torpaq metalları sahəsində birgə iş təklif etməyə hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə fevralın 25-də Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişində "Rusiya 1" telekanalına müsahibəsi zamanı deyib.
O qeyd edib ki, Rusiya bu sahədə həm Amerika dövlət qurumları, həm də özəl şirkətlərlə əməkdaşlığa açıqdır. Putinin sözlərinə görə, belə bir tərəfdaşlıq Amerika tərəfinin marağı olduqda mümkündür.
Putin proqramın müəllifi Pavel Zarubin ilə söhbət zamanı Rusiyanın nadir torpaq metallarının hasilatı və emalı sahəsində dialoqa hazır olduğunu vurğulayıb.