17:31 - 10.02.2025
10 fevral, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda 4,1 milyon ədəd tibbi maska istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 1,6 milyon ədəd və ya 64% artıb.
2023-cü ildə isə 2,5 milyon ədəd maska istehsal edilmişdi
1 yanvar 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6 milyon ədəd olub. Hazır məhsul ehtiyatı da əvvəlki illə müqayisədə 0,4 milyon ədəd, yəni 7% çoxdur.